Məxfilik siyasəti
Innosight Liveness tətbiqi üçün. Son yenilənmə: 17 oktyabr 2026.
Bu tətbiq nədir
Banklar Innosight MMC-nin üz yoxlaması (liveness) sistemini bu tətbiqlə qiymətləndirir. Real bank əməliyyatı aparılmır. Hesabı inzibatçı yaradır.
Hansı məlumatlar toplanır
Yüklədiyiniz vəsiqə şəkli; yoxlama zamanı çəkilən üz kadrları (uzaq, yaxın, rəngli işıq altında və hərəkətlər); nəticə və skorlar; texniki məlumat: istifadəçi adı, cihaz modeli, əməliyyat sistemi və tətbiq versiyası, IP ünvanı, addımların vaxtları.
Nə üçün
Yalnız sistemin qiymətləndirilməsi üçün: canlı olduğunuzun və vəsiqə şəklindəki şəxs olduğunuzun yoxlanması, xətaların araşdırılması və sistemin təkmilləşdirilməsi. Məlumatlar reklam üçün istifadə edilmir, satılmır və üçüncü tərəfə verilmir.
Hüquqi əsas
Sizin açıq razılığınız. Üz şəkilləri biometrik, yəni xüsusi kateqoriyalı şəxsi məlumatdır. İştirak könüllüdür.
Nə qədər saxlanır
Yoxlama kadrları və nəticələri 30 gün, sonra avtomatik silinir. Vəsiqə şəkliniz siz silənə və ya hesabınız bağlanana qədər saxlanır.
Necə qorunur
Bütün ötürmə şifrəlidir (TLS). Şəkillər serverdə ayrıca açarla şifrəli saxlanır. Telefonunuzda şəkil saxlanmır; giriş tokeni cihazın təhlükəsiz yaddaşındadır.
Kim görür
Yalnız icazəsi olan əməkdaşlar, idarəetmə panelində. Hər baxış audit jurnalına yazılır.
Hüquqlarınız
Razılığınızı istənilən vaxt geri götürə, vəsiqə şəklinizi tətbiqdə silə və yoxlama məlumatlarınızın silinməsini tələb edə bilərsiniz.
Hesabın və məlumatların silinməsi
Necə tələb etmək olar
Innosight Liveness tətbiqindəki istifadəçi adınızı yazaraq [email protected] ünvanına "Hesabın silinməsi" mövzusu ilə yazın və ya hesabınızı yaradan inzibatçıya müraciət edin. Vəsiqə şəklinizi isə istənilən vaxt tətbiqdə, Profil bölməsində özünüz silə bilərsiniz.
Nə silinir
Hesabınız, vəsiqə şəkliniz, yoxlama kadrlarınız və nəticələriniz tələbdən sonra 30 gün ərzində silinir. Yoxlama kadrları onsuz da 30 gündən sonra avtomatik silinir.
Nə saxlanıla bilər
İnzibatçıların hərəkətlərinin audit jurnalı (kim, nə vaxt, hansı əməliyyat) təhlükəsizlik üçün saxlanıla bilər; orada şəkil və biometrik məlumat olmur.
Dəstək və əlaqə
Hesabınız, giriş və ya məlumatlarınızın silinməsi ilə bağlı hesabınızı yaradan inzibatçıya müraciət edin. Tətbiq və məxfilik barədə: info@innosight.az.
Privacy policy
For the Innosight Liveness app. Last updated 17 October 2026.
What this app is
Banks use this app to evaluate Innosight MMC's face liveness system. No real banking operation is performed. Accounts are created by an administrator.
What is collected
The ID photo you upload; the face frames taken during a check (far, near, under coloured light and during actions); the result and its scores; technical data: username, device model, operating system and app version, IP address and the timing of each step.
Why
Only to evaluate the system: checking that you are a live person and the person on your ID photo, investigating errors and improving the system. Data is not used for advertising, not sold and not shared with third parties.
Legal basis
Your explicit consent. Face images are biometric, a special category of personal data. Taking part is voluntary.
Retention
Check frames and results are kept for 30 days and then deleted automatically. Your ID photo is kept until you delete it or your account is closed.
Security
All traffic is encrypted (TLS). Images are stored encrypted on the server under their own keys. No images are stored on your phone; the sign-in token is kept in the device's secure storage.
Who can see it
Only authorised staff, in the administration panel. Every view is recorded in an audit log.
Your rights
You can withdraw your consent at any time, delete your ID photo in the app and ask for your check data to be deleted.
Deleting your account and data
Email [email protected] with the subject "Account deletion" and your Innosight Liveness username, or ask the administrator who created your account. You can delete your ID photo yourself at any time in the app, under Profile. Your account, ID photo, check frames and results are deleted within 30 days of the request; check frames are deleted automatically after 30 days anyway. The audit log of administrator actions (who did what and when) may be kept for security; it contains no images or biometric data.
Support and contact
For your account, sign-in or deleting your data, contact the administrator who created your account. About the app and privacy: info@innosight.az.